...

ARDNŞ-in "Azneft" istehsalat birliyinin rəhbəri təyin edilib

Energetika Materials 24 Mart 2006 18:52 (UTC +04:00)

ARDNŞ-in "Azneft" istehsalat birliyinin (İB) yeni rəhbəri təyin edilib. ARDNŞ-də Trend ə bildirilib ki, "Azneft"in keçmiş baş mühəndisi Şahin İsmayılov İB rəhbəri təyin edilib. Ş.İsmayılov "Azneft"in baş mühəndisi vəzifəsində üç il işləyib.

ARDNŞ nümayəndəsinin sözlərinə görə, bundan öncə o, 23 il "Neft Daşlar"nda işləyib. 1958-ci il doğumlu Şahin İsmayılov texnika elmləri namizədidir, Azərbaycan Neft Akademiyasının məzunudur.

Əvvəllər ARDNŞ-in "Azneft" istehsalat birliyinə Yavər Camalov rəhbərlik edirdi. O, hazırda Azərbaycanın müdafiə sənayesi naziri vəzifəsinə təyin edilib.

Xəbər lenti

Xəbər lenti