Bakı. Trend:
Cari ilin yanvar-fevral aylarında Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixrac gəlirləri 70,4 milyon ABŞ dolları olub.
Bu barədə Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı”nın mart sayına istinadən xəbər verir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8,1 milyon ABŞ dolları və ya 13% çoxdur. Belə ki, 2024-cü il yanvar-fevral aylarında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixrac gəlirləri 62,3 milyon ABŞ dolları idi.