Bakı. Trend:
Bu ilin martın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) banklara və bank olmayan kredit təşkilatlarına (BOKT) xalis tələbləri 9,9 milyard manat təşkil edib.
Bu barədə Trend AMB-dən məlumat əldə edib.
Məlumata görə, bu göstərici bir ay əvvələ nisbətən 980,4 milyon manat və ya 9% azalıb.
Həmçinin, xalis tələblər bir il əvvəlki göstərici ilə müqayisədə isə 2,9 milyard manat və ya 42,5% artıb.
Qeyd edək ki, 2025-ci ilin fevralın 1-nə AMB-nin banklara və bank olmayan kredit təşkilatlarına (BOKT) xalis tələbləri 10,9 milyard manat, 2024-cü ilin martın 1-nə isə 6,8 milyard manat təşkil etmişdi.