...

Yaponiyada koronavirusun yeni növündən ilk yoluxma halı qeydə alınıb

Dünya xəbərləri Materials 16 Yanvar 2020 08:47 (UTC +04:00)
Xəstələnən şəxs çinlidir
Yaponiyada koronavirusun yeni növündən ilk yoluxma halı qeydə alınıb

Bakı. Trend:

Yaponiyada koronavirusun yeni növündən ilk yoluxma halı qeydə alınıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, xəstələnən şəxs çinlidir. O, Kanaqava prefekturasında yaşayış və artıq xəstəxanadan evə buraxılıb.

Bildirilir ki, xəstələnən şəxs yaxın zamanda Çinin Uxan şəhərində olub.

Qeyd edək ki, Çinin Uxan şəhərində koronavirusun yeni növündən ilk ölüm faktı qeydə alınıb. Şəhərdə daha 40 nəfərin xəstə olduğu, 100-dən artıq insanın isə nəzarət altında saxlanıldığı qeyd edilir: "Koronavirusun yeni növünə 41 yoluxma faktı qeydə alınıb. Onlardan ikisi artıq evə buraxılıb, 7-si ağır vəziyyətdədir, 1 nəfər ölüb, digər xəstələrin vəziyyəti isə stabildir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti