Bakı. Trend:
“Redmi” smartfonlarının istehsalçısı kimi məşhurlaşan Çinin “Xiaomi” korporasiyası öz zavodlarında insanları robotlarla əvəz edəcək.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Jurnalistlərlə söhbətində Xiaomi-nin rəhbəri Ley Tsyun bildirib ki, yaxın vaxtlarda süni intellekt (Sİ) sənayeyə çox güclü təsir göstərəcək. Sahibkar şirkətinin təxminən beş ildən sonra zavodlarında humanoid robotların tətbiqinə başlayacağını elan edib.
Tsyun uğurlu avtomatlaşdırma nümunəsi kimi “Xiaomi” elektromobil zavodunu göstərib, burada kuzov detallarının yoxlanması stasionar robotlar vasitəsilə həyata keçirilir.
O bildirib ki, süni intellekt əsaslı rentgen sistemi detalların yoxlanmasını cəmi iki saniyəyə başa vurur və bu, canlı əməkdaşla müqayisədə on dəfə daha yüksək sürət təmin edir.
