Bakı.Trend:
Diaqnostika və aşkarlama sahəsində əvvəllər müəyyən çətinliklərimiz var idi.
Trend xəbər verir ki, bu fikirləri bu gün TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Ümumdünya QİÇS-lə mübarizə gününə həsr olunan konfransda çıxışı zamanı deyib.
“Biz bu məsələləri daim kollektiv daxilində müzakirə edir, həll
yolları axtarırıq.
Hazırda ən böyük problem - burada da vurğulandığı kimi stiqma və
diskriminasiya məsələsidir. Təəssüf ki, müalicə prosesində bu
problemlərlə hələ də qarşılaşırıq və bunun fərqindəyik”, - o əlavə
edib.
Y. Qarayeva vurğulayıb ki, maarifləndirmənin rolu çox böyükdür.
“Biz adətən maarifləndirmədən danışanda daha çox əhali qruplarını nəzərdə tuturuq. Lakin unutmaq olmaz ki, tibb müəssisələrində çalışan tibb işçiləri, o cümlədən həkimlər arasında da ciddi maarifləndirməyə ehtiyac var. Bu istiqamətdə biz daim QİÇS-lə Mübarizə Mərkəzi ilə birlikdə çalışırıq”, - deyə TƏBİB rəsmisi əlavə edib.
