...

ABŞ nüvə texnologiyalarının yayılmasının qarşısının alınmasında Azərbaycanın töhfəsini qiymətləndirir

Siyasət Materials 19 Oktyabr 2012 11:27 (UTC +04:00)
ABŞ Azərbaycanın İranın nüvə silahı hazırlamasının qarşısını almaqda dünya birliyinə göstərdiyi dəstəyi çox qiymətləndirir.
ABŞ nüvə texnologiyalarının yayılmasının qarşısının alınmasında Azərbaycanın töhfəsini qiymətləndirir

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbirlər E.Tariverdiyeva, E.Mehdiyev/

ABŞ Azərbaycanın İranın nüvə silahı hazırlamasının qarşısını almaqda dünya birliyinə göstərdiyi dəstəyi çox qiymətləndirir. Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfirinin müavini Adam Sterlinq cümə günü jurnalistlərə bildirib.

"Bütün dünya İranın nüvə silahı əldə etməsinə mane olmaqda maraqlıdır. Azərbaycan İranın qonşusu kimi, bu problemə xüsusi, yüksək maraq göstərir", - Sterlinq deyib.

Onun sözlərinə görə, ABŞ İranın nüvə proqramının qarşısını almaqda irəliləyişə nail olub.

"Bu gün dünya ictimaiyyəti İran hökumətini iqtisadiyyatı inkişaf etdirmək üçün yaxşı imkanlara malik olduğuna inandırmalıdır", - Sterlinq bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti