...

Adam Sterlinq: NATO ilə dialoq ABŞ və Azərbaycan əməkdaşlığını möhkəmləndirib

Siyasət Materials 19 Oktyabr 2012 12:03 (UTC +04:00)
Son on il ərzində Azərbaycanla ABŞ arasında təhlükəsizlik məsələləri üzrə ikitərəfli dialoq çərçivəsində çox işlər görülüb.
Adam Sterlinq: NATO ilə dialoq ABŞ və Azərbaycan əməkdaşlığını möhkəmləndirib

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbirlər E.Tariverdiyeva, E.Mehdiyev/

Son on il ərzində Azərbaycanla ABŞ arasında təhlükəsizlik məsələləri üzrə ikitərəfli dialoq çərçivəsində çox işlər görülüb. Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfirinin müavini Adam Sterlinq cümə günü jurnalistlərə bildirib.

"Bu dialoq ümumi maraqların aşkar olunmasına yönəlib. Biz mütəmadi olaraq hərbi təlimlər keçirir, silahlı qüvvələrimizin imkanlarını möhkəmləndirir və çoxtərəfli formatda, hər şeydən əvvəl Əfqanıstanda NATO-nun ISAF qüvvələri çərçivəsində çalışırıq", - Sterlinq deyib.

O hesab edir ki, həmin tədbirlər ABŞ-Azərbaycan əməkdaşlığını möhkəmləndirir.

"Son on il ərzində bizim birgə işlədiyimiz əsas problemlərdən biri Əfqanıstandır. Əlbəttə, bizim qüvvələrimiz Əfqanıstanda birgə xidmət göstərir. Lakin bundan başqa, Azərbaycan Əfqanıstandakı NATO missiyası üçün əsas tranzit dəhlizdir", - Sterlinq deyib.

Əfqanıstandakı əməliyyatlarda antiterror koalisiyasının çoxmillətli kontingenti iştirak edir. Əməliyyatlara ABŞ SQ komandanlığı nümayəndələri, eləcə də NATO komandanlığı altında ISAF kontingenti rəhbərlik edir.

"Onların vəzifəsi "Taliban" hərakatının və beynəlxalq "Əl-Qaidə" terrorçu qruplaşmasının yaraqlılarının axtarışı və məhv edilməsidir", - diplomat deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti