...

Nəsimi rayonunda dələduzluq edən 2 nəfər saxlanılıb

Hadisə Materials 28 Oktyabr 2024 11:38 (UTC +04:00)
Nəsimi rayonunda dələduzluq edən 2 nəfər saxlanılıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Nəsimi rayonu ərazisində 2 nəfərin pul vəsaitlərinin dələduzluq yolu ilə ələ keçirilməsi barədə polisə məlumatlar daxil olub.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə həmin şəxslərdən birini aldadaraq hesabına 2000 ABŞ dolları ödətdirməkdə şübhəli bilinən 32 yaşlı T.Rəhimli, digər şəxsin isə 3800 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 27 yaşlı M.Qarayev müəyyən olunaraq saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.

Xəbər lenti

Xəbər lenti