...

Boeing təxminən 19 milyard dollar dəyərində səhmlər yerləşdirəcək

Dünya xəbərləri Materials 29 Oktyabr 2024 04:27 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Boeing Co. təxminən 19 milyard dollar dəyərində səhmlərin yerləşdirilməsini planlaşdırır.

Trend-in məlumatına görə, Boeing Co. bu vəsaiti əldə etmək üçün adi və depozitar səhmlərdən ibarət təklif elan edib. Şirkət investorlar üçün 90 milyon adi səhm təklif edəcək ki, bu da cari bazar qiymətinə əsasən (155,01 dollar) 13,95 milyard dollar dəyərindədir.

Bundan əlavə, Boeing, təxminən 5 milyard dollar dəyərində depozitar səhmlər də yerləşdirməyi nəzərdə tutur. Şirkət, həmçinin, anderrayterlərə əlavə olaraq 13,5 milyon adi səhm və 750 milyon dollar depozitar səhm buraxmaq hüququ verəcək.

Boeing, bu yerləşdirmədən əldə ediləcək gəliri borcların ödənməsi, dövriyyə kapitalının artırılması, törəmə müəssisələrə sərmayə qoyuluşu və digər ümumi korporativ məqsədlər üçün istifadə etməyi planlaşdırır.

Bu ayın əvvəlində Boeing, növbəti üç il ərzində 25 milyard dollar kapital toplamağı və eyni zamanda banklarla 10 milyard dollar borc almaq üçün müqavilə imzaladığını açıqlamışdı.

Bazar ertəsi günü, bazarın açılışı öncəsi ticarətdə Boeing-in səhmləri 0,2% artıb, lakin ilin əvvəlindən bu yana dəyəri 40,5% azalıb.

Xəbər lenti

Xəbər lenti