Bakı. Trend:
Azərbaycan millisində oynamağımla bağlı bəzi söhbətlər, şayiələr var idi.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu Rusiyanın “Fakel” klubunun qapıçısı Vitali Qudiyev deyib.
Azərbaycan millisinin sabiq qolkiperi, milliləşən rusiyalı Kazimir Qudiyevin oğlu atasının yolu ilə getmək ehtimalına münasibət bildirib: “Amma yox. Mən Rusiyada irəliləmək istəyirəm. Hazırda prioritet Rusiya millisidir”.
Qeyd edək ki, Qudiyev mövsümün 9 oyununda 15 qol buraxıb. 1996-97-ci illərdə yığmamızda oynayan Kazimir Qudiyev 3 matçda 7 top buraxıb.