Bakı. Trend:
"Apple" tərəfindən yeni "İMac" modeli təqdim edilib.
Trend-in verdiyi məlumata görə, yeni nəsil "iMac" monobloku M4 prosessoru ilə təchiz edilib və 1 299 dollardan başlayan qiymətlərlə satışa çıxarılacaq.
İstehsalçının məlumatına görə, yeni "iMac" modelinin performansı əvvəlki M1 çipi ilə müqayisədə 1.7-2.1 dəfə daha yüksəkdir. Cihaz səkkiz nüvəli prosessora, 16-24 GB operativ yaddaşa və 256 GB-dan 1 TB-a qədər tutuma malik SSD disklə təchiz edilib.
24 düymlük ekran ölçüsündə olan iMac, həmçinin dörd USB-C portuna və iki əlavə monitoru birləşdirmək imkanına sahibdir.
Yeni model yaşıl, sarı, narıncı, çəhrayı, bənövşəyi, mavi və gümüşü rənglərdə təqdim olunur.