...

Lənkəranda Stalinin cəza çəkdiyi qala bərpa edilir

Tender müsabiqələri Materials 28 Oktyabr 2024 14:57 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Lənkəran şəhərində yerləşən Dairəvi qalanın bərpası üzrə əlavə layihə-smeta sənədlərinin hazırlanması işləri start götürür.

Trend dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti hazırlıqlara başlayıb.

Qurum sözügedən işlərin icrasını "NKT-Bərpa" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edib və onunla dəyəri 42 min 716 manat olan müqavilə bağlayıb.

Qeyd edək ki, “Dairəvi qala” “Zindan qalası” kimi də tanınır. Bu abidə XVIII əsrdə tikilmiş Lənkəran qalasının bir hissəsidir. “Zindan qalası” 1869-1959-cu illərdə həbsxana kimi istifadə olunub. Burada 1903-1904-cü illərdə poçt qatarını qarət etdiyinə görə həbs olunan İosif Stalin də cəza çəkib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti