Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 393 milyon 82 min ABŞ dolları dəyərində 16 min 106 ton əczaçılıq məhsulları idxal edib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,4 faiz (və ya 55,8 milyon ABŞ dolları) və 25,96 faiz (və ya 5 646 ton) azdır.
Hesabat dövründə Azərbaycan, həmçinin, 2, 519 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları ixrac edib. Bu isə bir il əvvələ nisbətən 82% azdır.