...

Azərbaycan və Macarıstan mövcud iqtisadi əlaqlələrini müzakirə edib

İqtisadiyyat Materials 28 Oktyabr 2024 17:55 (UTC +04:00)
Azərbaycan və Macarıstan mövcud iqtisadi əlaqlələrini müzakirə edib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Macarıstan arasında maliyyə sektorunda əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, AMB-nin sədr müavini Əliyar Məmmədyarov ABŞ-nin paytaxtı Vaşinqtonda keçirilən Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun İllik Toplantıları çərçivəsində Macarıstan Mərkəzi Bankının sədr müavini Barnabas Viraq ilə görüş keçirib. Görüşdə mərkəzi banklar arasında mövcud əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə olunub, eləcə də qarşılıqlı təlim və təcrübə mübadiləsi səfərlərinin təşkil olunması yüksək qiymətləndirilib. Həmçinin Azərbaycan və Macarıstan arasında mövcud iqtisadi əlaqələr, makroiqtisadi vəziyyət və maliyyə sektorları arasında əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti