Pentaqon beş ölkə üçün helikopter istehsalı məqsədilə 1,2 milyard dollarlıq müqavilə imzalayıb

Dünya xəbərləri Xəbər 29 Oktyabr 2024 02:56 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Müdafiə Nazirliyi Avstraliya, Braziliya, Yunanıstan, İsveç və Taylanda UH-60M Black Hawk helikopterlərinin gələcək tədarükü üçün 1,2 milyard dollardan artıq dəyərində müqavilə imzalayıb.

Trend-in məlumatına görə, bu barədə Pentaqonun mətbuat xidməti bazar ertəsi açıqlama yayıb.

Müqavilə, Lockheed Martin-in törəmə şirkəti olan Sikorsky Aircraft ilə bağlanıb və təxmini tamamlanma tarixi 31 dekabr 2027-ci il olaraq göstərilib.

Xəbər lenti

Xəbər lenti