Bakı. Trend:
Norveç ABŞ ilə 362,9 milyon dollar dəyərində orta mənzilli AIM-120C-8 AMRAAM raketlərinin alınmasına dair saziş imzalayıb.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Norveçin müdafiə naziri Born Arild Qram bildirib.
"Daha çox yeni raketlərlə Norveç Silahlı Qüvvələri ölkəni hava hücumlarından daha yaxşı müdafiə edə biləcək", - o qeyd edib.
Müdafiə naziri əlavə edib ki, raketlər hava hücumundan müdafiə sistemləri üçün nəzərdə tutulub, lakin F-35 qırıcıları tərəfindən də istifadə oluna bilər.