...

Ağdam Sənaye Parkındakı müəssisələrdə artıq 100-dək şəxs işlə təmin olunub

İqtisadiyyat Materials 28 Oktyabr 2024 17:50 (UTC +04:00)
Ağdam Sənaye Parkındakı müəssisələrdə artıq 100-dək şəxs işlə təmin olunub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Ağdam Sənaye Parkına mediatur təşkil edib.

Dövlət Məşğulluq Agentliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mediatur zamanı jurnalistlərə bildirilib ki, Ağdam Sənaye Parkı işğaldan azad edilən ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının reallaşdırılması, sahibkarlığın dəstəklənməsi ilə yanaşı, əhalinin məşğulluğunun təminatında da mühüm rola malikdir. Agentlik Ağdam Sənaye Parkında fəaliyyət göstərən müəssisələrlə davamlı əməkdaşlıq edir. Dövlət Məşğulluq Agentliyinin xətti ilə artıq 100-dək şəxs həmin müəssisələrdə işlə təmin olunub. Onların böyük əksəriyyəti ətraf ərazilərdə məskunlaşmış keçmiş məcburi köçkünlərdir.

Qeyd edilib ki, peşə hazırlığı kurslarının təşkilində də birgə işlər görülür. 55 şəxs üçün Sənaye Parkındakı müəssisələrin istehsalat bazalarında peşə kursları təşkil olunub.

Media nümayəndələri müəssisələrdə məşğulluğu təmin edilmiş şəxslərlə görüşüb, onların iş şəraiti, habelə peşə kursları ilə əyani tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti