Daşkənd. Trend:
Özbəkistanda keçirilən parlament seçkilərində seçicilərin ümumi sayının 74,7 faizi səs verib.
Trend xəbər verir ki, bu barədə Özbəkistan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Zayniddin Nizamxocayev mətbuat konfransında bildirib.
O vurğulayıb ki, səs verənlərin sayı 15,027 milyon nəfər təşkil edib.
Qeyd edək ki, 27 oktyabrda Özbəkistanda parlament seçkiləri keçirilib.
Seçki məntəqələri Özbəkistanda 08:00-dan 20:00-a (GMT+5) qədər fəaliyyət göstərib.
Cari seçkilərdə avtomatlaşdırılmış seçki prosesinin idarəetmə sisteminin elektron seçici siyahısında 19,9 milyon seçici qeydə alınıb. Bundan əlavə, xaricdə 165,631 seçici qeydə alınıb.
Xüsusilə, seçki prosesini izləmək üçün 850-dən çox xarici və beynəlxalq müşahidəçi iştirak edib, onlardan bəziləri MDB, ŞƏT, Türk Dövlətləri Təşkilatı missiyaları tərkibindədir.
Özbəkistan parlamentinin seçkilərində beş partiya iştirak edib: Sahibkarlar və İş Adamları Hərəkatı – Özbəkistan Liberal Demokratik Partiyası, Demokratik Partiya "Milliy Tıklanış", Ekoloji Partiya, Xalq Demokratik Partiyası və Sosial-Demokratik Partiya "Adolat".
Parlamentin qanunverici Palatasına seçkilər majoritar-proporsional sistem, yəni qarışıq seçki sistemi əsasında keçirilib. 75 deputat birbaşa majoritar sistemlə, yəni seçiciləri üstünlük verdikləri namizədlərə səs verməsi yolu ilə seçilib, qalan 75-i isə siyasi partiyalar üzrə proporcional sistemlə seçilib.
Cari seçkilərin digər diqqətəlayiq cəhəti, proses iştirakçılarının qarşılıqlı əlaqəsinin "E-Saylov" informasiya sistemi vasitəsilə tamamilə rəqəmsallaşdırılmasıdır.