Bakı. Trend:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib.
Trend bu barədə türk KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, iclasın gündəliyində bir neçə gün öncə TUSAŞ aerokosmik istehsalat müəssisəsinə edilən hücum, PKK-ya qarşı əməliyyatlar, eləcə də Yaxın Şərqdə artan gərginlik daxil olub.
Həmçinin, iclasda inflyasiyaya qarşı mübarizə, investisiya, məşğulluq və qiymət sabitliyi kimi məsələlərlə bağlı son vəziyyət də müzakirə olunub.