...

Azərbaycan ağırlıqqaldıranı bürünc qazanıb

İdman Materials 28 Oktyabr 2024 19:34 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanlı ağırlıqaldıran Qasım İsmayılov (67 kq) Polşada keçirilən Avropa birinciliyində uğurlu çıxış edib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, təmsilçimiz bürünc medal qazanıb.

Qasım birdənqaldırma yarışında 120 kq nəticə göstərərək 4-cü olub. O, təkanlaqaldırmada daha yaxşı çıxış edərək 153 kq çəkinin öhdəsindən gəlib. Bu ona bürünc mükafat qazandırıb. Nəticədə iki hərəkətin cəmində 273 çəkinin öhdəsindən gələn atletimiz üçlüyə düşməyi bacarıb.

Qeyd edək ki, bu gün daha 2 atletimiz Tehran Məmmədovla Fuad Həsənov (hər ikisi 67 kq) Avropa birinciliyində U-23 kateqoriyasında qüvvələrini sınayacaqlar.

Xəbər lenti

Xəbər lenti