Bakı. Trend:
Yunanıstan Türkiyə ilə quru sərhədində yerləşən Evros bölgəsində tikilən təhlükəsizlik hasarı qeyri-qanuni miqrantların ölkəyə keçidini tamamilə önləməkdə 100% effektiv olub və həmin bölgədə sərhədə əlavə 150 sərhədçinin göndərilməsi ilə onların sayı 600-ə çatdırılacaq.
Trend xəbər verir ki, bu barədə Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritis Evros bölgəsinə səfəri zamanı məlumat verib.
"Bu tədbir milli və Avropa sərhədlərinin qorunması üçün tam səmərəli bir addımdır. Beləliklə, son iki ildə işə qəbul edilən 450 sərhədçiyə əlavə olaraq, ikinci müdafiə xəttini gücləndirmək məqsədilə 150 sərhədçi daha əlavə olunacaq," - deyə nazir bildirib.
Qeyd edək ki, Yunanıstan hakimiyyəti 2020-ci ildən etibarən sərhəd hasarının inşasına başlayıb. Hasar, Türkiyədən gələn on minlərlə qeyri-qanuni miqrantın ölkəyə daxil olmasının qarşısını aldığı üçün, Evros çayı boyunca təxminən 200 km məsafədə maneə hasarının tikilməsinə qərar verilib.