...

Özbəkistanın Liberal Demokratik Partiyası 34,75 faiz səs toplayıb

Dünya xəbərləri Materials 28 Oktyabr 2024 10:48 (UTC +04:00)
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Daşkənd. Trend:

Sahibkarlar və İş Adamları Hərəkatı – Özbəkistan Liberal Demokratik Partiyası səsvermədə 34,75 faiz səs toplayıb.

Trend xəbər verir ki, bu barədə Özbəkistan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Zayniddin Nizamxocayev mətbuat konfransında bildirib.

O qeyd edib ki, Liberal Demokratik Partiya üçün səs verənlərin sayı 5,19 milyon nəfər olub. Partiyanın deputat yerlərinin sayı 26-dır.

Demokratik Partiya "Milliy Tıklanış" üçün 2,81 milyon insan səs verib. Bu, səs verənlərin ümumi sayının 18,8 faizini təşkil edir. Deputat mandatlarının sayı 14-dür.

Ekoloji Partiya üçün 1,96 milyon insan səs verib, bu da səs verənlərin ümumi sayının 13,1 faizini təşkil edir. Deputat mandatlarının sayı 10-dur.

Özbəkistanın Xalq Demokratik Partiyası üçün 2,55 milyon insan səs verib. Bu, səs verənlərin ümumi sayının 17,1 faizini təşkil edir. Deputat mandatlarının sayı 13-dür.

Sosial-Demokratik Partiya "Adolat" üçün 2,42 milyon insan səs verib. Bu, səs verənlərin sayı üzrə 16,2 faizini təşkil edir. Deputat mandatlarının ümumi sayı 12-dir.

Qeyd edək ki, 27 oktyabrda Özbəkistanda parlament seçkiləri keçirilib.

Seçki məntəqələri Özbəkistanda 08:00-dan 20:00-a (GMT+5) qədər fəaliyyət göstərib.

Cari seçkilərdə avtomatlaşdırılmış seçki prosesinin idarəetmə sisteminin elektron seçici siyahısında 19,9 milyon seçici qeydə alınıb. Bundan əlavə, xaricdə 165,631 seçici qeydə alınıb.

Xüsusilə, seçki prosesini izləmək üçün 850-dən çox xarici və beynəlxalq müşahidəçi iştirak edib, onlardan bəziləri MDB, ŞƏT, Türk Dövlətləri Təşkilatı missiyaları tərkibindədir.

Özbəkistan parlamentinin seçkilərində beş partiya iştirak edib: Sahibkarlar və İş Adamları Hərəkatı – Özbəkistan Liberal Demokratik Partiyası, Demokratik Partiya "Milliy Tıklanış", Ekoloji Partiya, Xalq Demokratik Partiyası və Sosial-Demokratik Partiya "Adolat".

Parlamentin qanunverici Palatasına seçkilər majoritar-proporsional sistem, yəni qarışıq seçki sistemi əsasında keçirilib. 75 deputat birbaşa majoritar sistemlə, yəni seçiciləri üstünlük verdikləri namizədlərə səs verməsi yolu ilə seçilib, qalan 75-i isə siyasi partiyalar üzrə proporcional sistemlə seçilib.

Cari seçkilərin digər diqqətəlayiq cəhəti, proses iştirakçılarının qarşılıqlı əlaqəsinin "E-Saylov" informasiya sistemi vasitəsilə tamamilə rəqəmsallaşdırılmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti