...

İrana “Motorolla” idxalı və ölkədə satışı qadağan olunub

Dünya xəbərləri Materials 28 Oktyabr 2024 17:54 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Livanda rabitə qurğusu “peycer” partlamalarından sonra İrana “Motorolla” mobil telefonlarının idxalı və ölkədə satışı qadağan olunub.

Bu barədə Trend İran KİV-ə istinadən məlumat verib.

Qeyd edək ki, İranın sənaye, mədən və ticarət nazirinin müavini Məhəmməd Mehdi Bəradəran bundan öncə bildirmişdi ki, “Motorolla” mobil telefonlarının ticarət-iaşə obyektlərində satışının qarşısı alınacaq.

Bildirilir ki, “Motorolla” mobil telefonlarının İran bazarında payı azdır və bu qadağa bazara ciddi şəkildə təsir göstərməyəcək.

Son vaxtlar İran parlamentinin deputatları da İranın Rabitə Nazirliyindən “Motorolla” məhsullarının idxalına qadağa qoymasını istəyiblər.

Xəbər lenti

Xəbər lenti