...

İstanbul boğazında gəmilərin hərəkəti müvəqqəti dayandırılıb

Dünya xəbərləri Materials 28 Oktyabr 2024 09:21 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin İstanbul boğazında (Bosfor boğazı) sıx duman səbəbindən gəmilərin hərəkəti hər iki istiqamətdə müvəqqəti olaraq dayandırılıb.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb.

“İstanbul boğazında məhdud görünüş (sıx duman) səbəbindən gəmi hərəkəti hər iki istiqamətdə müvəqqəti olaraq dayandırılıb”, - məlumatda deyilir.

Bildirilir ki, şəhər daxilindəki bərə reyslərində də gecikmələr və ləğvlər müşahidə olunur.

Qeyd edilib ki, hava şəraiti yaxşılaşdıqdan sonra gəmi hərəkəti yenidən bərpa ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti