...

Özbəkistanda keçirilən seçkilərdə sağlamlıq imkanları məhdud şəxslərin iştirakı üçün lazımi şərait yaradılib

Dünya xəbərləri Materials 28 Oktyabr 2024 16:28 (UTC +04:00)
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Daşkənd. Trend:

Özbəkistanda keçirilən parlament seçkilərində sağlamlıq imkanları məhdud şəxslərin iştirakını təmin etmək üçün lazımi şərait yaradılıb.

Trend xəbər verir ki, bu barədə Özbəkistanın Milli Sosial Müdafiə Agentliyi bildirib.

Agentlik Özbəkistanın Mərkəzi Seçki Komissiyasına (MSK) 18 yaşdan yuxarı və sağlamlıq imkanları məhdud olan səsvermə hüququna malik vətəndaşların siyahısını təqdim edib. Bu yolla seçki günü 831 738 nəfər sağlamlıq imkanları məhdud şəxs səsvermə imkanı qazanıb ki, onlardan 105 404 nəfər səsvermə zamanı köməyə, 17 309 nəfər isə daimi qayğıya ehtiyac duyub.

İnklüzivliyi və rahatlığı artırmaq məqsədilə seçki məntəqələrində xüsusi tədbirlər həyata keçirilib. Evlərində səs verən şəxslərə yaşayış yerlərində səsvermə imkanı yaradılıb, kənar qayğıya ehtiyacı olanlar üçün pulsuz nəqliyyat xidməti təşkil edilib. Müstəqil şəkildə məntəqəyə gələn seçicilər üçün xüsusi təchiz olunmuş gizli səsvermə kabinələri qurulub. Bundan əlavə, məntəqələr əsasən binaların birinci mərtəbəsində yerləşdirilib ki, bu da Özbəkistanın bütün vətəndaşlar üçün bərabər imkanlar təmin etmək əzmini göstərir.

Qeyd edək ki, 27 oktyabrda Özbəkistanda parlament seçkiləri keçirilib.

Seçki məntəqələri Özbəkistanda 08:00-dan 20:00-a (GMT+5) qədər fəaliyyət göstərib.

Əldə olunan ilkin məlumatlara əsasən, Özbəkistanda parlament seçkilərində ümumi iştirak edənlərin sayı 15 milyon nəfərə çatıb ki, bu da ümumi seçici sayının 74,7 faizini təşkil edir.

Səsvermədə ən yüksək faiz Özbəkistanın Liberal Demokratik Partiyası tərəfindən toplanılıb. Partiya 34,75 faiz səs toplayaraq, 15 milyon nəfərin səsini qazanıb.

Özbəkistan parlamentinin seçkilərində beş partiya iştirak edib: Sahibkarlar və İş Adamları Hərəkatı – Özbəkistan Liberal Demokratik Partiyası, Demokratik Partiya "Milliy Tıklanış", Ekoloji Partiya, Xalq Demokratik Partiyası və Sosial-Demokratik Partiya "Adolat".

Parlamentin qanunverici Palatasına seçkilər majoritar-proporsional sistem, yəni qarışıq seçki sistemi əsasında keçirilib. 75 deputat birbaşa majoritar sistemlə, yəni seçiciləri üstünlük verdikləri namizədlərə səs verməsi yolu ilə seçilib, qalan 75-i isə siyasi partiyalar üzrə proporcional sistemlə seçilib.

Seçki prosesini izləmək üçün 850-dən çox xarici və beynəlxalq müşahidəçi iştirak edib, onlardan bəziləri MDB, ŞƏT, Türk Dövlətləri Təşkilatı missiyaları tərkibindədir.

Cari seçkilərin digər diqqətəlayiq cəhəti, proses iştirakçılarının qarşılıqlı əlaqəsinin "E-Saylov" informasiya sistemi vasitəsilə tamamilə rəqəmsallaşdırılmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti