Bakı. Trend:
"Barselona"nın futbolçusu Lamin Yamal ən yaxşı gənc futbolçu seçilib.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, 21 yaşadək futbolçular üçün təsis edilmiş Raymon Kopa mükafatına layiq görülüb.
Yamal səsvermədə türkiyəli Arda Gülər ("Real") və ingilis Kobbi Manyunu ("Mançester Yunayted") qabaqlayıb.
Qeyd edək ki, Pedri və Qavidən sonra "Barselona"nın futbolçusu ardıcıl 3-cü dəfə ən yaxşı seçilib.