Bakı. Trend:
2024-cü il oktyabr ayının 1-nə banklar tərəfindən Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 26 mlrd. 705 mln. 792 min manat təşkil edib və bunun da 76.8%-i və ya 20 mlrd. 508 mln. 705 min manatı Bakı şəhərinin payına düşüb.
Bu barədə Trend tənzimləyici quruma istinadən xəbər verir.
Məlumata görə, bu dövrdə banklar tərəfindən verilən ən ucuz kreditlər Bakı şəhəridə, ən bahalı kreditlər isə Dağlıq Şirvan iqtisadi rayonu üzrə verilib.
Belə ki, bu dövrdə banklar tərəfindən Bakı şəhərinə verilən ümumi kreditlərin orta faiz dərəcəsi 11.65%, milli valyutada verilən kreditlərinin orta faiz dərəcəsi isə 13.37% təşkil edib.
Hesabat dövründə Dağlıq Şirvan iqtisadi rayonu üzrə isə banklar tərəfindən kredit qoyuluşu 179 milyon 179 min manat təşkil edib. Verilən ümumi kreditlərin orta faiz dərəcəsi 19.18%, milli valyutada verilən kreditlərin orta faiz dərəcəsi isə 19.21% olub.
Regionlar üzrə kredit qoyuluşları və orta faiz dərəcələri ilə aşağıdakı cədvəldə tanış ola bilərsiniz:
İqtisadi rayonlar |
Ümumi kreditlər (Min manat) |
Orta faiz dərəcəsi |
Manatla olan kreditlər |
Manatla kreditlərin orta faiz dərəcəsi |
Bakı iqtisadi rayonu |
20.508.705 |
11,65% |
16.083.317 |
13,37% |
Abşeron-Xızı iqtisadi rayonu |
997.287 |
15,99% |
949.269 |
16,47% |
Gəncə-Daşkəsən iqtisadi rayonu |
793.527 |
16,97% |
777.591 |
17,22% |
Lənkəran-Astara iqtisadi rayonu |
617.574 |
18,98% |
615.916 |
19,01% |
Mərkəzi Aran iqtisadi rayonu |
531.503 |
18,61% |
526.519 |
18,72% |
Qazax-Tovuz iqtisadi rayonu |
499.363 |
18,44% |
491.219 |
18,65% |
Qarabağ iqtisadi rayonu |
473.097 |
18,92% |
472.402 |
18,93% |
Quba-Xaçmaz iqtisadi rayonu |
449.963 |
17,19% |
436.215 |
17,54% |
Şirvan-Salyan iqtisadi rayonu |
423.587 |
18,69% |
407.072 |
19,20% |
Naxçıvan iqtisadi rayonu |
417.134 |
14,04% |
416.825 |
14,05% |
Şəki-Zaqatala iqtisadi rayonu |
356.303 |
17,03% |
317.897 |
18,25% |
Mil-Muğan iqtisadi rayonu |
286.072 |
18,82% |
286,067 |
18,82% |
Dağlıq Şirvan iqtisadi rayonu |
179.179 |
19,18% |
178.719 |
19,21% |