...

Xaçmazda narkotiklərin satışını təşkil edən iki nəfər saxlanılıb (FOTO/VİDEO)

Hadisə Materials 1 Aprel 2025 10:52 (UTC +04:00)
Xaçmazda narkotiklərin satışını təşkil edən iki nəfər saxlanılıb (FOTO/VİDEO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı həyata keçirdikləri növbəti əməliyyat zamanı 46 yaşlı Namiq Ələkbərov və 42 yaşlı Natiq Mütəllimov saxlanılıb.

Bu barədə Trend-ə DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov məlumat verib.

O bildirib ki, onlardan külli miqdarda psixotrop maddə metamfetamin aşkarlanıb.

Saxlanılan şəxslərin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edib ki, Xaçmaz rayonunda polis əməkdaşları tərəfindən cari ilin əvvəlindən keçirilən əməliyyatlar zamanı 11 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti