...

ABŞ səfirliyi: Dağlıq Qarabağ münaqişəsi regionun inkişafına maneədir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Oktyabr 2012 11:03 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsi regionun inkişafı və uzunmüddətli stabilliyi yolunda ən böyük maneədir.
ABŞ səfirliyi: Dağlıq Qarabağ münaqişəsi regionun inkişafına maneədir

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbirlər E.Tariverdiyeva, E.Mehdiyev/

Dağlıq Qarabağ münaqişəsi regionun inkişafı və uzunmüddətli stabilliyi yolunda ən böyük maneədir. Trend-in məlumatına görə, ABŞ-ın Azərbaycandakı səfirinin müavini Adam Sterlinq belə hesab edir.

"ABŞ ATƏT-in Minsk qrupu çərçivəsində münaqişənin ədalətli və dinc yolla həllində real irəliləyişə nail olmaq naminə Azərbaycan və Ermənistan üçün vacib olan şəraitin və əminliyin yaradılması üzrə işləri davam etdirir", - Sterlinq cümə günü jurnalistlərə bildirib.

Onun sözlərinə görə, münaqişə ilə bağlı ABŞ-ın mövqeyi dəyişilməz qalır.

"ABŞ münaqişənin dinc, danışıqlar yolu ilə həllinə sadiqdir, çünki bu, regionun inkişafı üçün yeganə həlldir", - diplomat bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti