...

Azərbaycan diplomatlarının Liviyadan təxliyə olunmasına ehtiyac duymur - səfir

Siyasət Materials 24 Mart 2011 12:48 (UTC +04:00)
Azərbaycan Liviyadakı səfirliyinin əməkdaşlarının təxliyə olunmasına ehtiyac duymur və diplomatik missiya adi rejimdə işini davam etdirir. Bu barədə cümə axşamı Trend-ə Azərbaycanın Liviyadakı səfiri Ağasəlim Şükürov məlumat verib.
Azərbaycan diplomatlarının Liviyadan təxliyə olunmasına ehtiyac duymur - səfir

Azərbaycan, Bakı, 24 mart /Trend, müxbir S.Ağayeva/

Azərbaycan Liviyadakı səfirliyinin əməkdaşlarının təxliyə olunmasına ehtiyac duymur və diplomatik missiya adi rejimdə işini davam etdirir. Bu barədə cümə axşamı Trend-ə Azərbaycanın Liviyadakı səfiri Ağasəlim Şükürov məlumat verib.

"Burada vəziyyət ağır olaraq qalır. Lakin diplomatik missiya adi rejimdə fəaliyyət göstərir", - Şükürov bildirib.

Onun sözlərinə görə, hazırda diplomatik nümayəndəlikdə səfir də daxil olmaqla dörd nəfər çalışır.

Liviyada akkreditasiyadan keçmiş xarici ölkə səfirliklərinin əksəriyyəti artıq öz fəaliyyətlərini dayandırıb. Türkiyə, Ukrayna, Belarus, Rusiya, İordaniya, Mərakeş, Serbiya və bəzi başqa ölkələrin səfikrlikləri isə hələ də öz işlərini davam etdirirlər.

Bir müddət əvvəl Liviyadakı bütün Azərbaycan vətəndaşları bu ölkədən təxliyə olunub.

Martın 17-də BMT Təhlükəsizlik Şurası Liviya üzərindən uçuşları qadağan edən və ölkədəki vəziyyətə hərbi müdaxiləni nəzərdə tutan 1973 saylı qətnamə qəbul edib.

Hərbi əməliyyatlar şənbə günündən başlayıb. Həmin əməliyyatlarda ABŞ, Böyük Britaniya, Fransa, İtaliya və Kanadanın hərbi qüvvələri iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti