Azərbaycan, Bakı, 23 iyul /Trend/
ABŞ Avropa İttifaqının (Aİ) Livanın "Hizbullah" şiə hərəkatının hərbi qanadının terror təşkilatlarının siyahısına daxil edilməsi barədə qərarını alqışlayır. Trend RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ dövlət katibi Con Kerri bəyan edib.
C.Kerri qeyd edib: "İttifaq bu hərəkəti ilə açıq-aşkar xəbərdarlıq etdi ki, "Hizbullah" cəzasız qala bilməz. Təşkilatın ötən il Bolqarıstanın Burqas şəhərində və Kiprdə hücum təşkil etmək kimi hərəkətləri cəzasız qalmayacaq".
Onun sözlərinə görə, Aİ-nin bu qərarı "Hizbullah"ın Avropada fəaliyyət göstərməsinə mane olacaq.