Bakı. Trend:
Xaçmaz rayonunda fəaliyyət göstərən, ölkənin ilk və tək uşaq televiziya kanalı olan "ARB Günəş" 10 yaşını qeyd edir.
Bu münasibətilə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və Rayon Polis Şöbəsinin rəisi Samir Məcidov “ARB Günəş” televiziyasında olub, yaradıcı heyətlə görüşüb. Televiziya əməkdşlarını təbrik edən icra başçısı onlara yeni yaradıcılıq uğurları azrulayıb.
Elnur Rzayev həmçinin, "ARB Günəş" televiziyasında aparılan
təmir işlərindən sonra yaradılan şəraitlə tanış olub.
“ARB Günəş” televiziyasının rəhbəri Məhsim Məhsimov bildirib ki,
ölkəmizin ilk uşaq televiziyası “ARB Günəş” artıq 10 ildir
fəaliyyət göstərir. Bu il televizyanın inzibati binası əsaslı
şəkildə təmir olunub, texniki təchizat xeyli yaxşılaşdırılıb. ARB
Günəş” azyaşlı izləyicilərə Azərbaycan dilində cizgi və animasiya
filmləri təqdim edir. Bununla yanaşı televiziyanın efirində
yayımlanan tərbiyəvi və maarifləndirici proqramlar vasitəsilə
uşaqlara davranış qaydaları, təbiət və heyvanlar aləmi haqqında
biliklər, səlis yazmaq, oxumaq, sağlam həyat vərdişləri
öyrədilir.
Televiziyada 2018-ci ildən peşəkar dublyaj studiyası fəaliyyət göstərir. Studiyada cizgi və animasiya filmləri doğma dilimizə tərcümə olunaraq, azyaşlı televiziya tamaşaçılarına təqdim edilir.
Milli-mənəvi dəyərlərə söykənən, uşaq psixologiyasına müsbət təsir edən yayım həyata keçirən “ARB Günəş” rəqəmsal platformalar və peyk üzərindən yayımlanır.
Sonda icra başçısı səmərəli fəaliyyətlərinə görə "Arb Günəş" televiziyasını Fəxri Fərmanla mükafatlandırıb. Televiziya rəhbərliyidə öz növbəsində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevə televiziyanın inkişafına və fəaliyyətinə göstərdiyi dəstəyə görə Fərxri Fərman təqdim edib.