...

“Həkimlərimizi tanıyın!” rubrikasında hər bir xəstəyə individual yanaşan yüksəkixtisaslı həkim, damar cərrahı Dr. Səbuhi Dadaşov

Cəmiyyət Materials 24 Sentyabr 2020 10:49 (UTC +04:00)
“Həkimlərimizi tanıyın!” rubrikasında hər bir xəstəyə individual yanaşan yüksəkixtisaslı həkim, damar cərrahı Dr. Səbuhi Dadaşov

Bakı. Trend:

“Həkimlərimizi tanıyın!” rubrikamızda Sizə hər bir xəstəyə individual yanaşan yüksəkixtisaslı həkim, damar cərrahı Dr. Səbuhi Dadaşovu təqdim edirik.

Mərkəzi Gömrük Hospitalında Dr. Səbuhi Dadaşov arterial, venoz və limfatik sistem xəstəliklərinin müasir cərrahi və konservativ müalicəsini həyata keçirir. Onun etdiyi əməliyyatlar sırasına abdominal aorta və periferik arteriyaların anevrizmaları zamanı anevrizmektomiya və protezləşdirmə, aorta-bifemoral şuntlama, periferik arteriyaların autovenoz və ya süni damar ilə şuntlanması, karotid endarterektomiya və arterioplastika, periferik arteriyalardan endarterektomiya, trombembolektomiya, fleboloji əməliyyatlar: klassik flebektomiya, endovenoz ablasiya və miniflebektomiya, skleroterapiya, köpük skleroterapiya və Exo-skleroterapiya, torakal və lumbar simpatektomiya daxildir.

Dr.Səbuhi Dadaşov 2007-ci illərdə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2007-2009-cu illərdə İ.M. Seçenov adına Moskva Tibb Akademiyasında kliniki ordinaturada təhsil alaraq həkim-ordinator, 2009-2012-ci illərdə İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetində aspiranturada təhsilini "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində davam etdirmiş, həmin Universitetin 1 nömrəli universitet klinik xəstəxanasında həkim-aspirant kimi çalışmışdır. O, 2013-cü ildən Mərkəzi Gömrük Hospitalında damar cərrahı işləyir.

Dr.Səbuhi Dadaşov 2012-ci ildə “Daxili yuxu arteriyasının patoloji deformasiyasının cərrahi müalicə taktikası” mövzusunda dissertasiya işi müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsi və 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının qərarı ilə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

O, daim öz üzərində işləyir, tibb sahəsində qazanılan nailiyyətləri öz təcrübəsini zənginləşdirir. Dr.Səbuhi Dadaşov 2007-2012-ci illərdə Rusiya Federasiyasında ürək-damar cərrahiyyəsinin müxtəlif bölümlərini əhatə edən elmi-praktik kurslar keçmiş, bir çox konfransların, konqreslərin iştirakçısı olmuş və elmi işi barəsində məruzələrlə çıxışlar etmişdir. 2011-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetində ultrasəs müayinəsi üzrə kurs keçmişdir.

COVİD-19 infeksiyasının ölkəmizə ayaq basdığı ilk gündən bu xəstəliyə qarşı mübarizəyə səfərbər olan ilk həkimlərdən biridir. O, fevral ayında Azərbaycan-İran sərhədində fəaliyyət göstərən Biləsuvar gömrük-sərhəd keçid məntəqəsinə ezam olunmuş və burada Azərbaycana gələn vətəndaşları yoxlayan ilk həkimlər briqadasının tərkibində fəaliyyət göstərmişdir. Mərkəzi Gömrük Hospitalı COVİD-19 xəstələrini qəbul etdiyi gündən Dr. Səbuhi Dadaşov kovid xəstələrin müalicəsində iştirak edib.

Dr.Səbuhi Dadaşov Rusiya Federasiyası Ürək-Damar Cərrahları Assosiasiyasının və Avropa Damar Cərrahiyyəsi Cəmiyyətinin üzvüdür. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/sebuhi-dadashov. Daha ətraflı məlumat üçün əlaqə nömrəsi: (012) 404-08-08.

(012) 404-08-08

Bakı, K.Kazımzadə, 118

#Səbuhidadaşov #damarcərrah #Arterial

#həkimlərimizitanıyın #rubrika #venoz

#MərkəziGömrükHospitalı #CentralCustomsHospital

Məqalədə:
Xəbər lenti

Xəbər lenti