...

Naxçıvanda Nazirlər Kabineti tərəfindən bir sıra qərarlar qəbul edildi

Cəmiyyət Materials 1 İyul 2024 19:16 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən bir sıra qərarlar qəbul edilib.

Trend xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müvafiq Fərmanına əsasən Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinet tərəfindən 1 iyul 2024-cü il tarixdə “Su Meliorasiya Xidməti” publik hüquqi şəxsin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında Qərar qəbul edilib.

Bundan başqa, Nazirlər Kabinetinin eyni tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı” təsdiq edilib.

Həmçinin “Turist-eksursiya xidmətlərinin sertifikatlaşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2005-ci il 16 sentyabr tarixli Qərarı ləğv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti