Bakı.Trend:
Ölkəmizin turizm sahəsində yeni dövlət standartlarının qəbul edilməsi nəzərdə tutulub.
Trend xəbər verir ki, bunu Milli Ulduz Təsnifatından keçmiş hotellərə ulduz dərəcələrinin verilməsi və Milli Rezervasiya Platformasının təqdimatı tədbirində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli deyib.
O bildirib ki, bu sahədə olan standart beynəlxalq təcrübə əsasında yaradılacaq.
"Standartların bu il qəbul edilməsi nəzərdə tutulur. Hazırda Azərbaycanda turizm sahəsində 7 dövlət standartı var. Beynəlxalq təcrübədə isə İSO üzrə 57 standart mövcuddur”,- deyə xidmət rəisi deyib.