Bakı. Trend:
28, 29, 30 iyun 2024-cü il tarixində “The Ritz-Carlton Baku”
otelində “PAŞA Holding”in təşkilatçılığı ilə “PASHA Hackathon 4.0”
yarışı keçirildi.
Hakatonun budəfəki mövzusu “PashaPay” tərəfindən həyata keçirilə
biləcək yeni ideyaları təşviq etmək idi.
Belə ki, yarışçılar 3 gün ərzində “PashaPay” tərəfindən təqdim
olunan “challenge” üzərində düşünərək, şirkət üçün yeni ideyalar
təqdim ediblər.
Hakatona edilən müraciətlərin ümumi sayı 2000-dən çox, seçilənlərin
sayı isə 230 nəfər təşkil edib. Qeyd edək ki, hakatonun sonunda ilk
dörd yeri tutan komandaya müvafiq olaraq mükafatlar verildi: 1-ci
yer 6000 AZN; 2-ci yer 4000 AZN; 3-cü yer 2000 AZN; 4-cü yer 1000
AZN.
Xatırladaq ki, “PASHA Hackathon” innovativ məhsullar yaratmaq üçün
keçirilən 48 saatlıq texnologiya yarışmasıdır. “PAŞA Holding”
tərəfindən “PASHA Hackathon” artıq 4-cü ildir təşkil olunur.
“Hackathon”un təşkil edilməsində məqsəd gənclər arasında innovativ
düşüncə tərzini, həll yönümlülüyü təşviq etmək, eləcə də ölkədə
innovativ mədəniyyətin inkişafını dəstəkləməkdir.