Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı 2 iyul tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, bu günə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi 1,8262 manat təşkil edir. 1 Rusiya rublu 0,0194 manat olub.