...

Türkiyədə rus və belarus turistləri daşıyan avtobus qəzaya uğradı: xeyli sayda yaralı var

Dünya xəbərləri Materials 3 İyul 2024 12:30 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Antalya əyalətində rus və belarus turistləri daşıyan avtobus qəzaya uğrayıb.

Trend xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Məlumata görə, rus və belarus turistləri hotellərdən Antalya Hava Limanına aparmaq üçün səhər saatlarında yola çıxan avtobus beton dirəyə çırpılıb.

Hadisə nəticəsində çox sayda turist xəsarət alıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıb.

Qəza ilə bağlı araşdırma başladılıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti