Bakı. Trend:
Rumıniya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Trend xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Bildirilib ki, Rumıniya səfirinə etiraz notası təqdim olunub.
Səfirə məlumat verilib ki, Moskva cavab tədbiri olaraq Rumıniya səfirliyinin əməkdaşını "persona non qrata" elan edib.