...

Təyyarə qəzasında həlak olan Hökumənin nəşi bu gün vətənə gətiriləcək

Gündəm Materials 26 Dekabr 2024 13:50 (UTC +04:00)
Təyyarə qəzasında həlak olan Hökumənin nəşi bu gün vətənə gətiriləcək
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Təyyarə qəzasında həlak olan Hökumə Əliyevanın nəşi vətənə bu gün gətiriləcək.

Trend xəbər verir ki, bunu junalistlərə açıqlamasında təyyarə qəzasında həlak olan Hökumənin xalası qızı Aysel Abdullayeva deyib.

O bildirib ki, bu barədə Hökümənin qardaşına məlumat veriblər.

"Bildiriblər ki, bu gün meyiti Qazaxıstandan gətirilərək, ailəsinə təhvil veriləcək. Son dəfə dünən səhər saatlarında Höküməyə neçə dəfə zəng etdim, cavab vermədi", - deyə o qeyd edib.

Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.

Xəstəxanaya daxil olmuş şəxslərdən 11-i reanimasiya şöbəsində, 13-ü travmatologiya şöbəsində, 2-si neyrocərrahiyyə şöbəsində, 1-i isə cərrahiyyə şöbəsində müalicə alır. Həmin şəxslər Azərbaycan, Qazaxıstan və Rusiyadan ezam olunmuş peşəkar həkimlərin nəzarəti altındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti