...

Şərqi Zəngəzur üzrə kredit qoyuluşlarına başlanılıb

İqtisadiyyat Materials 26 Dekabr 2024 10:47 (UTC +04:00)
Şərqi Zəngəzur üzrə kredit qoyuluşlarına başlanılıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İlk dəfə olaraq Şərqi Zəngəzur iqtisadi rayonu üzrə kredit qoyuluşlarına başlanılıb.

Bu barədə Trend-ə Mərkəzi Bankdan məlumat verilib.

Bildirilib ki, bu ilin dekabrın 1-nə Şərqi Zəngəzur iqtisadi rayonu üzrə 17,392 milyon manat kredit qoyulub. Bu göstərici üzrə orta faiz dərəcəsi 12,98% təşkil edib.

Sözügedən dövr ərzində regiona qoyulmuş kreditlərin 16,695 milyon manatı milli valyutada, 698 min manatı isə sərbəst dönərli valyutada (SDV) yerləşdirilib.

Qeyd edək ki, bu ilin dekabrın 1-nə ölkə üzrə ümumi kredit qoyuluşları 27,4 milyard manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti