Bakı. Trend:
İran Avrasiya İqtisadi İttifaqında (Aİİ) müşahidəçi statusu əldə edib.
Trend xəbər verir ki, müvafiq qərar bu gün Sankt-Peterburqda keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasında qəbul edilib.
Xatırladaq ki, İranın Aİİ-də müşahidəçi dövlət statusu almaq sorğusuna 2024-cü ilin avqustunda baxılıb. Məsləhətləşmələrdə iştirak edənlər ittifaqa üzv dövlətlər ilə İran arasında ticari-iqtisadi əməkdaşlığın mütərəqqi inkişafını qeyd ediblər.
Qeyd edək ki, İran məhsullarının Aİİ üzvü olan ölkələrə ixracı cari ilinin ilk doqquz ayında (2024-cü il martın 20-dən dekabrın 20-dək) ötən ilin dövrü ilə müqayisədə (21 mart – 21 dekabr 2023-cü il) dəyəri 21 faiz, fiziki isə 22 faiz artıb.
Doqquz ay ərzində İran Aİİ ölkələrinə təxminən 1,5 milyard dollar dəyərində 3,86 milyon ton məhsul ixrac edib.