...

Misir 2024-cü ildə Süveyş kanalından əldə etdiyi gəlirin 60 faizindən çoxunu itirib

Dünya xəbərləri Materials 27 Dekabr 2024 01:57 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Misir 2024-cü ildə Süveyş kanalından əldə etdiyi gəlirin 60 faizindən çoxunu itirib. Bu göstərici təxminən 7 milyard dollar dəyərindədir.

Trend xəbər verir ki, bu barədə Süveyş Kanalı Administrasiyasının rəhbəri Usamə Rabia ölkə prezidenti Əbdülfəttah əs-Sisi ilə keçirdiyi görüşdə məlumat verib.

Misir liderinin sözçüsü Məhəmməd əl-Şinavinin açıqlamasına görə, Rabia 2023-cü illə müqayisədə Süveyş kanalından əldə olunan gəlirin "Qırmızı dənizdəki hazırkı hadisələr" fonunda, xüsusən də Bab əl-Məndəb boğazı bölgəsində baş verən problemlərə görə 2024-cü ildə 60 faizdən çox azaldığını qeyd edib.

Rabianın sözlərinə görə, Qırmızı dənizdə baş verən böhran "kanalda daşımaların həcminə və dünya ticarətinin davamlılığına mənfi təsir göstərib".

Xəbər lenti

Xəbər lenti