Bakı. Trend:
Növbəti köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb.
Trend xəbər verir ki, bu gün 21 ailə, 119 nəfər keçmiş məcburi köçkün Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış çərçivəsində doğma yurda qovuşub.
Köç karvanı respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.
Qeyd edək ki, dekabrın 13-də Xocalıya 27 ailə (152 nəfər) köçürülüb.