...

İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi təsdiqləndi

Siyasət Materials 27 Dekabr 2024 13:43 (UTC +04:00)
İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi təsdiqləndi
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyev İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında qanunu təsdiqləyib.

Trend xəbər verir ki, sənədə əsasən, İşsizlikdən sığorta fondunun 2025-ci il üzrə xərcləri 260 700 000,0 manat məbləğində təsdiq edilir.

Bu xərclərin maliyyələşmə mənbəyi aşağıdakılardır:

İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsinin gəlirləri 206 400 000,0 manat;

İşsizlikdən sığorta fondunun 2025-ci il yanvarın 1-nə yaradılmış ehtiyatından 2025-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən 54 300 000,0 manat.

Prezident İlham Əliyev sözügedən sənədlə bağlı fərman da imzalayıb.

Xəbər lenti

Xəbər lenti