Bakı. Trend:
Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar elan olunmuş matəm günü ilə əlaqədar ölkəmizin UNESCO yanında Daimi Nümayəndəliyində xatirə kitabı açılıb.
Trend xəbər verir ki, UNESCO yanında akkreditə olunmuş xarici ölkələrinin daimi nümayəndələri və diplomatları Daimi Nümayəndəliyə gələrək başsağlığı verib, xatirə kitabına ürək sözlərini yazıblar.
Həmçinin, UNESCO Baş Direktoru adından, eləcə də UNESCO Baş Konfransın Prezidenti xanım Simona Mikolesku tərəfindən baş başsağlığı məktubu Daimi Nümayəndəliyə ünvanlanmışdır.
Bununla yanaşı, Daimi Nümayəndəliklər tərəfindən başsağlığı məktubları Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyinin ünvanına göndərilməkdədir.