Bakı. Trend:
1992-ci ildə Xocalını tərk etdiyim maşınla bu gün yenidən doğma torpaqlara qayıdıram.
Bunu Ağdamda Trend-in bölgə müxbirinə müsahibəsində keçmiş məcburi köçkün Vidadi Əliyev deyib.
"Mən hər zaman inanırdım ki, torpaqlarımız işğaldan azad olunacaq və biz yenidən Qarabağa qayıdacağıq. Demişdim ki, Qarabağa elə bu maşınla da qayıdacam. Elə də oldu. Bu gün bu arzum reallaşır. Allah ordumuzu qorusun. Prezident İlham Əliyevə minnətdaram",- deyə o bildirib.