Bakı. Trend:
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 207,7 milyon manat dəyərində elektrik avadanlıqları istehsal edilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, bir il əvvələ nisbətən 29,6% və ya 47,4 milyon manat çoxdur.
Qeyd edək ki, 2023-cü ilin ilk 11 ayında ölkədə 160,3 milyon manat dəyərində elektrik avadanlıqları istehsal edilmişdi.