Bakı. Trend:
Bu ilin dekabrın 1-nə kredit təşkilatlarının cəmi kredit qoyuluşları 27,3 milyard manat təşkil edib.
Bu barədə Trend Mərkəzi Bankdan məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 milyard manat və ya 19,6%, bu ilin noyabrına nisbətən isə 287,6 milyon manat və ya 1% çoxdur.
Kredit təşkilatlarının 27,3 milyard manatlıq kredit qoyuluşlarının 22,8 milyard manatını milli valyutada kreditlər, 4,5 milyard manatını isə xarici valyutada kreditlər təşkil edib.
Sözügedən dövr ərzində milli valyutada kreditlərin 378,1 milyon manatının, xarici valyutada kreditlərin isə 118,5 milyon manatının ödəmə vaxtı keçib, yəni problemli kreditlərdir.
2023-cü ilin ilk 11 ayı ilə müqayisədə cari ilin yanvar-noyabr ayı ərzində milli valyutada kreditlər 4,3 milyard manat və ya 23,5%, xarici valyutada kreditlər isə 6 milyon manat və ya 5,3% artıb.